Meymunlar prezident sarayını mühasirəyə aldı

Meymunlar prezident sarayını mühasirəyə aldı

Hindistanda karantinə görə küçələrdə insanların olmamasından istifadə edən yüzlərlə meymun prezident sarayı ətrafındakı küçələrə toplaşıblar.

Axar.az xəbər verir ki, bu məlumatı “Frans Press” agentliyi yayıb. Meymunların prezident sarayının divarları boyunca qaçdıqları, amma onların insanlar üçün təhdid yaratmadığı vurğulanıb.

Məlumata görə, ölkənin maliyyə paytaxtı olan Mumbayda isə tovuzquşları peyda olmağa başlayıb. Karantinin olmasından istifadə edən tovuzquşları, həmçinin park edilmiş avtomobillərin damlarına qonublar.

Mənbə: axar.az