Kürdəmir sakini suya görə döyüldü

Kürdəmir sakini suya görə döyüldü

Kürdəmir sakini həmkəndlisi tərəfindən döyülüb.

"Report"un yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1965-ci il təvəllüdlü Kərimov Elbrus Ağamehdi oğlu təsərrüfatını sulamaq istəyərkən aralarında yaranan mübahisə zamanı öz həmkəndlisi tərəfindən döyülüb və baş nahiyəsindən xəsarət alıb. Onu ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az