Moskvada ötən gün koronovirusdan 12 nəfər həyatını itirib

Moskvada ötən gün koronovirusdan 12 nəfər həyatını itirib

Moskvada ötən gün koronovirusdan 12 nəfər həyatını itirib.

Vəfat edənlər 33 yaşdan 87 yaşadək olan pasiyentlərdir. Onların 3 nəfərinin yaşı 45-dən azdır. Ölənlərin eyni zamanda kəskin ürək və böyrək çatışmazlığı, xroniki bronxitdən, hipertoniya, ateroskleroz və digər xroniki xəstəliklərdən əziyyət çəkdikləri bildirilir.

Ümumilikdə Rusiya paytaxtında 6698 COVID-19 xəstəsi qeydə alınıb. Onların 313 nəfəri sağalıb, 38 nəfər vəfat edib.

Mənbə: xezerxeber.az