Koronavirusdan ölüm nisbəti qripdən 10 qat artıqdır

Koronavirusdan ölüm nisbəti qripdən 10 qat artıqdır

Yeni növ koronavirus epidemiyasından ölüm nisbəti qripdən 10 dəfə artıqdır.

Qaynarinfo xəbər verir ki, bu sözləri Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib. O, kovid-19-la mübarizədə təşkilata dəstək verən üzv ölkələrə təşəkkür edib. Bildirib ki, bu vaxta qədər 800 milyon dollar yardım toplanıb və bunun bir hissəsi DST-ə göndərilib.

Camal

Mənbə: qaynarinfo.az