Qadının bu hərəkəti bina sakinlərini qorxutdu

Qadının bu hərəkəti bina sakinlərini qorxutdu

Türkiyənin Kayseri ərazisində qəribə hadisə yaşanıb.

Cebhe.info xəbər verir ki, üzündə maska olan qadın girdiyi iki binada əlindəki maye ilə binanın qapı girişlərinə, liftlərə və pilləkənlərə mayeni sürtməyə başlayıb.

Qadının bu hərəkəti müşahidə kameralarına anbaan əks olunub. Bina sakinləri qadının bu əməlindən təşvişə düşərək, polisə müraciət ediblər.

Polis tez bir zamanda hadisəni törədən qadını saxlayıb. İlkin dindirilmə zamanı qadının əlindəki mayenin yağ olduğu bildirilib. Qadın törətdiyi əməl barədə açıqlama verməyib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info

 

 

Mənbə: cebhe.info