Koronavirusdan ölənlərdən 5-i uşaqdır - İngiltərədə

Koronavirusdan ölənlərdən 5-i uşaqdır - İngiltərədə

İngiltərədə 5 azyaşlı koronavirusdan ölüb.

Milli.Az The Sun-a istinadla xəbər verir ki, Britaniyanın Milli Səhiyyə Xidməti ( NHS ) koronavirusla bağlı statistikanı açıqlayıb.

Statistikada bildirilir ki, koronavirusdan ölənlərdən 50-nin yaşı 40-dan azdır. Ölənlərdən 3390 nəfərinin isə yaşı 80-dan yuxarıdır.

Ölənlərdən 47-sinin yaşı 20-39 arasıdır.

(Cədvəl dünənki statistikaya əsasən hazırlanıb)

Qeyd edək ki, bugünkü statistikaya görə Britaniyada 65077 nəfərdə yeni növ koronavirus aşkarlanıb. Onlardan 7978 nəfər ölüb.

Emin
Milli.Az

Mənbə: news.milli.az