Koronavirus 97 mindən çox can aldı

Koronavirus 97 mindən çox can aldı

Türkiyədə ölü sayaı 908 nəfərə çatıb

Dünyada tüğyan edən koronavirus daşıyıcılarının sayı 1603 433 nəfərə çatıb. Bu zamana kimi rəsmi hesbalamalara görə, 95 716 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 356 440 nəfərə çatıb. Ən gərgin vəziyyət isə əvvəlki kimi Avropa (İspaniya, İtaliya, Almaniya, İngiltərə) və ABŞ-dadır.

Ötən gün Türkiyədə ölü sayı daha 96 nəfər artıb. Artıq bu ölkədə ölənlərin sayı 908-ə çatıb. COVİD-19 daşıyıcıları isə 42 282-yə yüksəlib. Son 24 saatda 296 nəfər sağalıb. Ümumilikdə isə 2142 nəfər sağalaraq evlərinə göndərilib.

Şimal qonşumuz Rusiyada da vəziyyət o qədər ürəkaçan deyil. Aprelin 9-na olan məlumata görə, ölkədə 10 131 yoluxma qeydə alınıb. 76 nəfər isə ölüb.

Mənbə: istipress.com