"5G" stansiyaları koronavirusun yayılmasına səbəb olurmu?- Adil Qeybulladan AÇIQLAMA

"5G" stansiyaları koronavirusun yayılmasına səbəb olurmu?- Adil Qeybulladan AÇIQLAMA

Son dövrlər bütün dünya ölkələri koronavirusla mübarizə aparmaqdadır. Bu virusla bağlı müxləlif iddialar ortaya çıxır. Həmin iddialardan biri də "5G" ilə bağlıdır. Belə ki, Böyük Britaniyanın Liverpul, Birmingem və Mersisayd şəhərlərinin sakinləri ötən həftə "5G" stansiyalarını koronavirus pandemiyasına səbəb olması iddiası ilə yandırıblar. Həqiqətən də "5G" stansiyaları koronavirusun yayılmasına səbəb olur?

Bununla bağlı SONXEBER.AZ-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, koronavirus virus infeksiyası kimi hava damcı yolu ilə yayılır. Bu xəstəlik ətrafında zamanla müxtəlif iddialar ortaya çıxır. Əslində dünyada hər il virusdan bu qədər insan dünyasını dəyişmir. Koronavirus mövsümi xəstəlik kimi hər il müəyyən qədər insanlarda soyuqdəymə xəstəliyi törədə bilir. Amma bu gün yoluxma o qədər intensiv gedir ki, bu ciddi virus kimi görünür. Ona görə müxtəlif versiyalar ortaya çıxır. Həmin versiyalar öz təsdiqini tapmayana qədər konkret fikir səsləndirmək düzgün olmaz. Hazırda bu prosesin içərisindəyik. Bu proses yekunlaşdıqdan sonra koronavirusla bağlı tədqiqat davam edəcək. Bu tədqiqatlardan sonra dəqiq məlumatlar ortaya çıxacaq. Amma bu virus da müəyyən müddətdən sonra mutasiyaya uğrayıb yox olacaq. Bu gün dünyada bu xəstəliyin nədən yoluxması deyil, onu aradan qaldırıb, yox edilməsi barəsində düşünülür. Düşünürəm ki, sonrakı dövrdə dünya viruslogiya sahəsində geniş araşdırmalara başlanılmalıdır. Çünki bəşəriyyət yeni sürprizlərlə üz-üzə qala bilər".

Aysel Yusifqızı

Mənbə: sonxeber.az