Qəza yerinə gedən polis qadın yaxınlarının ölüm xəbərini aldı-VİDEO

Qəza yerinə gedən polis qadın yaxınlarının ölüm xəbərini aldı-VİDEO

Türkiyənin Adana şəhərində baş verən yol qəzasında ana və qızı ilə birlikdə mikroavtobus sürücüsü ölüb, 2 qardaş yaralanıb.

SONXEBER.AZ türk mətbuatına istinadən xəbər verir ki, Adanada yol qəzasında ana və qızı ilə birlikdə mikroavtobus sürücüsü həyatını itirib, 2 qardaş yaralanıb.
Hadisə yerinə gələn qadın polis məmuru, yaxınlarının ölüm xəbəri ilə şok olub.

Qəza səhər saatlarında Adananın Sarıçam rayonunun Baklalı küçəsində baş verib. Tarlasına getmək üçün yola çıxan Əhməd Kaysanıkın idarə etdiyi 01 VAM 30 dövlət nömrə nişanlı avtomobil, şəxsiyyəti hələ məlum olmayan sürücünün idarə etdiyi 01 AR 051 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Hadisə yerinə gələn polis qrupundakı qadın xalası oğlu olan sürücü Ahmet Kaysanıkın ağır yaralandığını, əri və qızının öldüyünü biləndə şoka düşüb.

Polis qadın göz yaşları içində yaxınlarını qucaqlayıb. Həmkarları onu sakitləşdirməyə çalışıblar.

F.Ağayeva

Mənbə: sonxeber.az