Kabab bişirmək istədi, doqquz evi yandırdı

Kabab bişirmək istədi, doqquz evi yandırdı

Bağ evində kabab bişirmək həvəsinə düşən gənc ehtiyatsızlıqdan qonşularının evlərini yandırıb.

REN TV xəbər verir ki, hadisə Rusiyanın Kemerovo vilayətində qeydə alınıb.

Vilayətin hüquq-mühafizə orqanlarından verilən məlumata görə, yanğın nəticəsində qonşuluqda yerləşən doqquz ev yararsız hala düşüb.

Odla ehtiyatsız davranan 29 yaşlı şəxs yeddi milyon rubl (təxminən 160 min manat) cərimə ödəməli olacaq.

Mənbə: www.oxu.az