Ermənistanda koronavirus: xəstə sayı 937, ölü sayı 11 oldu

Ermənistanda koronavirus: xəstə sayı 937, ölü sayı 11 oldu

Ermənistanda koronavirusa yoluxanların sayı daha 16 nəfər artaraq 937-yə çatıb. Bu barədə Musavat.com erməni mediasına istinadən xəbər verir.

Rəsmi qurumlardan bildirilib ki, ötən gün Ermənistanda daha bir koronaviru daşıyıcısı ölüb. Bununla da ölkədə COVİD-19 pandemiyasından ölənlərin sayı 11-ə çatıb. İndiyədək 149 pasiyent müalicə alaraq sağalıb. Vəziyyətin kritikliyi səbəbindən Ermənistanda 16 martdan elan olunan fövqəladə vəziyyətin 14 apreldən sonra da uzadılacağı ehtimal olunur.

Mənbə: cia.az