Virusu dünyaya yayan bölgədən ŞAD XƏBƏR: sadəcə 1 nəfər...

Virusu dünyaya yayan bölgədən ŞAD XƏBƏR: sadəcə 1 nəfər...

Yeni tip koronavirusun ortaya çıxdığı Çinin Hubey əyalətində son 24 saatda sadəcə 1 nəfər infeksiyadan dünyasını dəyişib.

Publika.az xəbər verir ki, bu barədə “Channel News Asia” informasiya yayıb.

Milli Səhiyyə Komissiyasından verilən açıqlamaya görə, 38-i xaricdən gəlmə olmaqla, 42 yeni yoluxma faktı aşkarlanıb.

Beləliklə, pandemiyanın yayıldığı gündən bəri infeksiyaya yoluxanların sayı 81 min 907-yə, ölənlərin sayı 3 min 336-ya çatıb. 77 min 455 nəfərsə sağalıb.

Çində pandemiya böyük ölçüdə nəzarətə alınıb. Hətta COVID-19-un episentri olan Uhanda 7 apreldən etibarən karantin ləğv olunub.

Zümrüd

Mənbə: publika.az