Marneulidə daha bir nəfərdə koronavirus təsdiqləndi

Marneulidə daha bir nəfərdə koronavirus təsdiqləndi

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda daha bir nəfərdə koronavirus aşkarlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, həmin şəxs Maradisi kəndinin orta yaşlı qadın sakinidir.

Qubernator infeksiyanın mənbəyinin hələ müəyyən olunmadığını qeyd edib.

Qeyd edək ki, qonşu ölkədə koronavirusa 230 nəfər yoluxub. Onların 54-ü sağalıb, 3-ü isə ölüb. Kvemo Kartlidə COVID-19 infeksiyası bu günə qədər 25 nəfərdə təsdiqlənib ki, həmin şəxslərin biri dünyasını dəyişib.

Mənbə: report.az