Bir gündə rekord yoluxma halı - Rusiyada

Bir gündə rekord yoluxma halı - Rusiyada

Rusiyada koronavirusa yoluxanların sayı 1786 artımla 11 min 917-yə, ölüm halı isə 18 nəfər artaraq 94-ə çatıb.

Unikal.org Rusiya KİV-ə istinadən məlumat verir ki, Rusiya rəsmilərinin verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkədə rekord sayıda “COVID-19”a yoluxma halı baş verib.

Belə ki, son bir gündə 1786 yoluxma halı baş verərək, ümumi yoluxanların sayı 11 min 917-yə yüksəlib.

Qeyd edək ki, ölkədəki 85 federal bölgədən 82-də koronavirus qeydə alınıb.

Mənbə: www.unikal.org