Əhaliyə zəhərli spirt satılır – Araşdırma başladı

Əhaliyə zəhərli spirt satılır – Araşdırma başladı

Zəhərlənən şəxslər metil spirti içiblər. Bu spirt satışda olmamalıdır, onu əhaliyə satmaq qadağandır.

Axar.az xəbər verir ki, bu sözləri baş toksikoloq Azər Maqsudov Teleqraf.com-a geniş müsahibəsində koronavirusa görə spirt içib zəhərlənən şəxslər haqda deyib. O bildirib ki, metil spirti kimya sənayesində işlənən məhluldur:

“Aptekdən satılan tibbi spirtin tərkibində də metil spirti aşkarlanıb. Bunun necə olması haqqında Qida Təhlükəsizliyi Agentliyi araşdırmalar aparır”.

Baş toksikoloq metil spirtini tibbi spirtdən ayırd etməyin çətin olduğunu deyib:

“Metil spirtinin qoxusu və rəngi tibbi spirtdən fərqlənmir. Tərkibi oxşardır. 30 milli litrdən çox qəbul etdikdə ölümcül doza verir. Biz şahidi də olduq, müraciət edən 13 xəstədən 8 nəfərinin ölüm səbəbi metil spirti içmələridir”.

A.Maqsudov qeyd edib ki, metil spirti görmə qabiliyyətini pozur və korluq əmələ gətirir:

“Daha sonra beyin mərkəzlərinin, qaraciyərin funksiyasını sıradan çıxarır. Beyinin fəaliyyətini korladıqdan sonra nəfəs mərkəzi zədələnir və ondan irəli gələn fəsadlaşma başlayır. Bu zaman xəstə ürək, ağciyər çatışmazlığından həyatını itirir”.

Mənbə: axar.az