Türkiyədə təhlükəli terrorçu ələ keçirilib

Türkiyədə təhlükəli terrorçu ələ keçirilib

Türkiyənin Muş vilayətinin Varto rayonu ərazisində polisin şübhəli hesab etdiyi avtomobildə Hayri Mava ləqəbli təhlükəli PKK terrorçusu Mahmut Okay tutulub. Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, yaralı halda tutulan təhlükəli terrorçu axtarışda olub. Onun tutulması üçün 1 milyon Türkiyə lirəsi (təxminən 150 min ABŞ dolları) ayrılmışdı. Terrorçuya yardım etməkdə şübhəli bilinən başqa bir nəfər də saxlanılıb.

Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında isə bildirilir ki, İraqın şimalındakı Haftanin bölgəsində daha iki PKK mənsubu məhv edilib.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az