Bakıda 34 yaşlı kişi itkin düşdü

Bakıda 34 yaşlı kişi itkin düşdü

Bakının Sabunçu rayonunda kişi itkin düşüb.

Oxu.Az xəbər verir ki, aprelin 6-da Sabunçu şosesi yaxınlığında yaşayan 1986-cı il təvəllüdlü H.Nağıyev evdən çıxıb və geri qayıtmayıb.

Məsələ ilə bağlı ötən gün polis idarəsinə ərizə ilə müraciət olunub.

Faktla bağlı araşdırma aparılır.

Könül Cəfərli

Mənbə: seherxeber.org