İranda virusa yoluxanların sayı artmaqda davam edir

İranda virusa yoluxanların sayı artmaqda davam edir

İranda yeni növ koronavirusa yoluxanların sayı gündən günə artmaqda davam edir.

Metbuat.az xəbər verir ki, ölkədə son bir sutkada 1972 nəfərdə koronavirus aşkarlanıb. Bu barədə İranın Səhiyyə Nazirliyinin sözcüsü Kiyanuş Cahanpur məlumat verib. Bildirilib ki, son sutkada koronavirus səbəbindən ölənlərin sayı 122 olub.

Bununla da, İranda koronavirusa yoluxanların sayı 68 min 192 olub, ölənlər isə 4232 nəfərdir.

Mənbə: metbuat.az