Yaşlı qadın KARANTİNDƏN QAÇDI-VİDEO

Yaşlı qadın KARANTİNDƏN QAÇDI-VİDEO

Türkiyənin Bursa şəhərində koronavirus tədbirləri çərçivəsində xəstəxanada karantində olan yaşlı qadın qaçıb.

SONXEBER.AZ türk mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Bursa şəhərində Xüsusi Təhsil və Araşdırma Xəstəxanasında karantində olan yaşlı qadın, heç kimə məlumat vermədən xəstəxanadan qaçıb.

Yaşlı qadının xəstəxanada olmadığı bilinən andan Bursa polisi yaşlı qadını tapmaq üçün xəstəxana ətrafında axtarışa başlayıb. Axtarış əsnasında polislər qadının evini də yoxlayıblar.

Belə ki, yaşlı qadının ailəsində bir yaşlı bir kişi ilə evdə olduğu müəyyən edilib. Hər iki vətəndaş evə çağırılan təcili yardımla xəstəxanaya aparılıb. Müayinələrdən sonra onaların hər ikisi karantinə alınıb.

F.Ağayeva

Mənbə: sonxeber.az