Ermənistanda koronavirusdan daha bir şəxs öldü – 12 oldu

Ermənistanda koronavirusdan daha bir şəxs öldü – 12 oldu

Bu səhər daha bir xəstə koronavirus xəstəliyindən ölüb.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın Səhiyyə naziri Arsen Torosyan deyib.

Onun sözlərinə görə, 81 yaşlı xəstədə şiddətli yoluxucu xəstəliklər olub.

Daha əvvəl bildirilirdi ki, Ermənistanda təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 937-yə çatıb. Koronavirusdan ölənlərin sayı isə 12 olub.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az