Daha bir yaşlı kişi koronavirusdan sağaldı - 102 yaşı var

Daha bir yaşlı kişi koronavirusdan sağaldı - 102 yaşı var

102 yaşlı kişi koronavirusa qalib gəlib.

Milli.Az BBC-yə istinadla xəbər verir ki, İngiltərənin Vosteşir qraflığında yaşayan 102 yaşlı Keith Watson koronavirusdan sağalıb.

O, əməliyyat üçün xəstəxanaya yatırılsa da onda koronavirusun əlamətləri aşkarlanıb. Keith 14 günlük müalicədən sonra sağalaraq evə buraxılıb.

Onun fotosu sosial şəbəkələrdə paylaşılıb. Foto qısa zamanda bütün dünyaya yayılıb.

Emin
Milli.Az

Mənbə: news.milli.az