Covid-19 qripdən 10 qat daha ölümcüldür-ÜST-dən AÇIQLAMA

Covid-19 qripdən 10 qat daha ölümcüldür-ÜST-dən AÇIQLAMA

Koronavirus həyatımıza daxil olandan sonra davamlı olaraq qriplə müqayisə edilib. Qrip də ölümcül ola bilər, ancaq Ümumdünya Səhiyyə Təşkilatının son açıqlamasına görə, ikisini arasındakı fərq müqayisə edilməyəcək dərəcədə çoxdur.

SONXEBER.AZ xəbər verir ki, Covid-19, yayıldığı ilk günlərdə qriplə müqayisə edilib. "Qripdən hər il minlərlə insan ölür və epidemiya kimi qiymətləndirilmir" sözləri ilə bu virus xəfifə alınıb. Hətta indi xəstəliyin mərkəzi olan ABŞ-da belə "Koronavirusu qrip kimi müalicə edin ... şişirtməyin" deyə ABŞ prezidenti Donald Tramp demişdi.

Bir çox ölkə, xüsusən də Avropa ölkələri uzun müddət tədbir görməyə ehtiyac duymadılar və daha sonra bunun səhv addım olduğunu dərk etmək çox da vaxt aparmadı.
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom, koronavirus ölümünün qripdən 10 qat daha yüksək olduğunu söyləyib. O, hərkəsi birlik və həmrəyliyə çağırıb, eyni zamanda bu virusun siyasətə bağlanmamasını istəyib.

F.Ağayeva

Mənbə: sonxeber.az