Azərbaycanlı tələbə qızın dünyaya gətirdiyi uşaq erməni ailəyə övladlığa verilib - FOTO

Azərbaycanda 4 aylıq qız uşağı erməni ailəsinə övladlığa verilib.

SONXEBER.AZ xəbər verir ki, bunu Xəzər televziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən və doğma valideynlərini axtaran Viktoriya Balayan bildirib.

O, bildirib ki, bu gün çox gözəl həyat yoldaşına sahibdir: "Həyat yoldaşım azərbaycanlıdır. Amma buna baxmayaraq özümü bədbəxt hiss edirəm. Çoxları deyəcək ki, belə gözəl ailəyə sahib olanın valideynlərə ehtiyacı varmı? Bəli, var. Mən valideynlərimin ögey olduğunu bilmirdim. Bir dəfə bərk xəstələnəndə nənəm məni həkimə apardı. O, həkimlə danışanda məlumatlarımı oxuyurdum. Orada Bakıda dünyaya gəldiyim yazılmışdı. Həmin günə kimi Özbəkistanda doğulduğumu düşünürdüm. Nənəmi gözləmədən xəstəxanadan qaçdım. Mən o gün anladım ki, niyə Azərbaycan musiqilərini bu qədər çox sevirəm. 2000-ci ildə doğma anamı tapmağa cəhd etdim. Nənəm bildirdi ki, anam məni dünyaya gətirəndə tələbə olub. Ögey anam məni azərbaycanlı ailəsindən götürdüyünü gizlədib. Təkcə xalama həqiqətləri deyib. Xalamın verdiyi məlumatlar əsəsında axtarışlara başladım. Məlum oldu ki, mən 1 saylı körpələr evindən övladlığa götürülmüşəm. Əsl adım Zəhra soyadım Abdullayeva olub. Bundan başqa heç nə öyrənə bilmədim. Mən keçmişimi bilmək istəyirəm. Bu mənim haqqımdır".

Aparıcı bildirib ki, mən Viktoriyanın ansını tapıb, onları görüşdürdüm.

Aysel Yusifqızı

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

2015-ci ildə koronavirus haqda xəbərdarlıq edən milyarder indi də nə vaxt sona çatacağını dedi

SONRAKI XƏBƏR

Bakıda ictimai nəqliyyatın fəaliyyəti yenidən məhdudlaşdırılacaq