Amerikada beş azərbaycanlı koronavirusa yoluxdu

Amerikada beş azərbaycanlı koronavirusa yoluxdu

Amerikada yaşayan 5 nəfər azərbaycanlı koronavirusa yoluxub.

SONXEBER.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Amerikadakı səfirliyinin nümayəndəsi Şəlalə Vəliyeva məlumat verib.

O, vurğulayıb ki, koronavirusa yoluxan iki azərbaycanlının vəziyyəti yüngülləşib, 3-nün müalicəsi davam etdirilir: "Vətəndaşlar bizimlə əlaqə saxlayırlar. Mütəmadı olaraq biz də vətəndaşlarımızla əlaqə saxlayırıq. Konsulumuz da lazım olan köməkliyi göstərir. Səfirlikdə bununla bağlı qaynar xətt yaradılıb. Həmin qaynar xətt vasitəsilə vətəndaşlarımız istənilən vaxt əlaqə saxlaya bilərlər".

Aysel Yusifqızı

Mənbə: sonxeber.az