Koreyada 90-dan çox insan yenidən virusa yoluxdu, alimlər isə...

Koreyada 90-dan çox insan yenidən virusa yoluxdu, alimlər isə...

Cənubi Koreyada 91 nəfərdə koronavirusa yenidən yoluxma aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, bundan əvvəl bu xəstələr sağalaraq karantindən azad ediliblər.

"Ronhap" agentliyindən bildirilib ki, təkrar analizlər həmin şəxslərdə yenidən COVID-19-un olduğunu göstərib. Milli Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən deyilib ki, daha ətraflı təhlillər aparmaq üçün təkrar yoluxanların tənəffüs sistemindən virus hüceyrələri götürülüb. Onların nəticələri təxminən iki həftədən sonra məlum olacaq.

Cənubi Koreyanın bir sıra elm adamları, əslində xəstələrin ikinci dəfə yoluxmadığını, sadəcə, onların orqanizmində virusun yenidən aktivləşdiyini düşünürlər. Fakt budur ki, testlər xəstələrin sağaldırları iddia edildikdən qısa müddət sonra infeksiyanın mövcudluğunu göstərib.

Mənbə: qaynarinfo.az