Rusiyada daha 97 koronavirus xəstəsi sağalıb

Rusiyada daha 97 koronavirus xəstəsi sağalıb

Son sutka ərzində Rusiyada daha 97 nəfər koronavirusdan sağalıb, sağalmış insanların ümumi sayı 795-ə çatıb.

İnterAz xəbər verir ki, bu barədə koronavirusla mübarizə üzrə Əməliyyat Qərargahı məlumat yayıb.

Daha əvvəl məlumat verilirdi ki, Moskvada 33- 87 yaş arası 12 xəstə vəfat edib.

Qeyd edək ki, ümumilikdə hazırda Rusiyada 82 bölgədə 11 917 koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

Mənbə: www.interaztv.com