65 yaşdan yuxarı avtobus sürücüləri xətdən çıxarılıb

"Bakıda sərnişin avtobuslarında çalışan 65 yaşdan yuxarı sürücülər xətdən çıxarılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən onlayn mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, BNA sürücülərin koronavirusdan qorunması istiqamətində tədbirlər görür:

"Sürücü ilə sərnişin arasında arakəsmələrin yaradılması istiqamətində işlər görülür. Bilirsiniz ki, əhali ilə sıx əlaqədə olan sürücülər də risk qrupuna aiddir. Sürücülər hər gün tibbi yoxlanışdan keçirilir. Səhhətində problem olan sürücülər xətdən çıxarılır və evə göndərilir. Məsələn, "Bakubus" avtobuslarında 700 sürücü var. Əgər bir sürücüdə koronavirus aşkarlanarsa, 700 sürücü xətdən çıxarılacaq. Ona görə də sürücülərlə sərnişinlər arasında məsafə qorunmalıdır".

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Polislərin bu hərəkəti müsbət qarşılandı - Fotolar

SONRAKI XƏBƏR

Rusiyada daha 97 koronavirus xəstəsi sağalıb