Lənkəranda yanğın, xəsarət alan var

Lənkəranda yanğın, xəsarət alan var

Lənkəran rayonunda ikimərtəbəli ev yanıb, bir nəfər xəsarət alıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, yanğın hadisəsi rayonun Zövlə kəndində baş verib.

Belə ki, kənd sakini Sədi Müzəffər oğlu Əsədova məxsus ümumi sahəsi 192 m2 olan ikimərtəbəli, 6 otaqdan ibarət yaşayış evi yanıb. Hadisə zamanı ailə üzvləri evdə olub. Yanğının qısaqapanmadan baş verdiyi bildirilir.

Ailə başçısı iki azyaşlını evdən çıxarsa da, 35 yaşlı həyat yoldaşı Şahanə Mahir qızı Əsədova həyəcanlanaraq özünü ikinci mərtəbədən yerə atıb. Nəticədə qapalı-kəllə beyin travması alıb. Ş.Əsədova Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Yanğın yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını cəlb edilib.

Yanğınsöndürənlər hadisə yerinə gələndə ev bütünlüklə alov içində olub. Yanğının ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.

Mənbə: report.az