İtaliyada 107 həkim koronavirusdan ölüb

İtaliyada 107 həkim koronavirusdan ölüb

İtaliyada 107 həkim koronavirusdan ölüb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, bu barədə İtaliya Həkimlər Federasiyasından məlumat verilib.

“Həkimləri yalın əllə savaşa göndərdilər”, - açıqlamada vurğulanıb.

Ölən həkimlərdən biri suriyalı Samar Sinjabdır.

Qeyd edək ki, İtaliyada 18 279 nəfər pandemiyanın qurbanı olub, 143 626 nəfər isə koronavirusa yoluxub.

Mənbə: report.az