Pakistanda yola basdırılmış bombanın partlaması nəticəsində 2 hərbi qulluqçu həlak olub

Pakistanda yola basdırılmış bombanın partlaması nəticəsində 2 hərbi qulluqçu həlak olub

Pakistanın Əfqanıstanla sərhəd Balucistan əyalətində yola basdırılmış bombanın partlaması nəticəsində Pakistan ordusunun 2 hərbi qulluqçusu həlak olub. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pakistan təhlükəsizlik qüvvələrinin adı çəkilməyən rəsmisi məlumat verib.
O bildirib ki, Çaman sərhədi yaxınlığında baş verən partlayışda daha iki nəfər də yaralanıb.
Qeyd olunur ki, hadisəyə görə heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az