"Həkimlər ölən iş yoldaşları üçün ağlayır" – İtaliyada 107 həkim koronavirusun qurbanı olub

"Həkimlər ölən iş yoldaşları üçün ağlayır" – İtaliyada 107 həkim  koronavirusun qurbanı olub

Koronavirus kabusunun yaşandığı ölkələrdən ən ağır vəziyyət İtaliyada müşahidə edilir.

Ölkədə yeni növ virusdan ölənlərin sayı 18 mini ötüb.

Cebhe.info xəbər verir ki, virusdan həyatını itirənlər içində həkimlər də var. Belə ki, 107 nəfər həkim virusun qurbanı olub. İtaliya Təbiblər, Cərrahlar və Diş Həkimləri Birlikləri Federasiyasının rəhbəri Filippo Anelli bununla bağlı açıqlama yayıb:

"Həkimlər koronavirusla mübarizəyə çılpaq əllə göndərildilər. Həyatını itirənlərin çoxu təcrübə üçün gələnlər idi. Əməkdaşlar yasdadır, həkimlər ölən iş yoldaşları üçün ağlayır. Biz vətəndaşlarımızı qorumaq üçün mübarizə aparırıq".

O, həmçinin, mərkəzi hökuməti səhiyyə işçilərini qorumaları üçün hərəkətə keçməyə səsləyib. Qeyd edək ki, ölkədə virusa yoluxanlarların sayı da günü-gündən artır. Yoluxma sayı 143 mini ötüb.

Naibə
Cebhe.info

 

 

Mənbə: cebhe.info