Həbsxanadakı qiyamın səbəbi bilindi - məhkumlar niyə damarlarlını kəsib...VİDEO, FOTO, YENİLƏNİB

Həbsxanadakı qiyamın səbəbi bilindi - məhkumlar niyə damarlarlını kəsib...VİDEO, FOTO, YENİLƏNİB

Rusiyanın İrkutsk vilayətindəki 15 saylı həbsxanada məhkumlar qiyam edib.

Musavat.com xəbər verir ki, bu dəqiqələrdə həbsxanada yanğın edən məhkumların ram edilməsi üçün xüsusi əməliyyat başladığı deyilir. Məhkumlar isə videomüraciət yayaraq qiyama ağır həbsxana şəraitinin olması ilə izah ediblər.

Əlavə məlumat verəcəyik.

Rusiyanın İrkutsk vilayətindəki 15 saylı həbsxanada məhkumlar qiyam edib. Musavat.com xəbər verir ki, bu dəqiqələrdə həbsxanada yanğın edən məhkumların ram edilməsi üçün xüsusi əməliyyat başladığı deyilir. Məhkumlar isə videomüraciət yayaraq qiyama ağır həbsxana şəraitinin olması ilə izah ediblər. Əlavə məlumat verəcəyik.

Musavat.com Telegram kanalına istinadən xəbər verir ki, Federal Penitensiar Xidmətin əməkdaşları ilə məhkumlar arasında mübahisə siqaret üstündə başlayıb. Mühafizəçilər onları cəza kamerasına salmaq istəyəndə münaqişə əlbəyaxa davaya çevrilib.

Münaqişənin təhrikçisi hesab olunan məhkum onun üzərində axtarış aparılmasına etiraz edərək dustaqları itaətsizliyə çağırıb. Nəticədə qonşu kameralardakı məhkumlar kameralarının şüşələrini sındırmağa başlayıblar və şüşə parçaları ilə qollarını kəsiblər. Bu yayılan videoda da aydın görünür. Federal Penitensiar Xidmət hadisələrin nəzarət altında olduğunda olduğunu bildirib.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 321-ci ("Cəmiyyətdən təcrid olunmasını təmin edən qurumların fəaliyyətinin pozulması") maddəsi ilə cinayət işi açılıb.

Mənbə: cia.az