Nyu-Yorkda koronavirusdan ölənlərin sayı artıb

Nyu-Yorkda koronavirusdan ölənlərin sayı artıb

ABŞ-ın Nyu-York ştatında sutka ərzində 799 nəfər “COVİD-19”un qurbanı olub. Ştatın qubernatoru Endryu Kiomo bildirib ki, virusdan ölənlərin sayı artmaqda davam edəcək.

Qubernatorun sözlərinə görə, regionda 151 min nəfər koronavirusa yoluxub, onlardan 7017 nəfəri vəfat edib ki, bu da 2001-ci ilin 11 sentyabrında terror aktında həlak olanlardan 2,5 dəfə çoxdur.
Qeyd edək ki, ABŞ-da 432 min 437 nəfər koronavirusa yoluxub. Onlardan 24,1 min nəfəri sağalaraq evə buraxılıb, 14,7 min nəfəri isə vəfat edib.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com