Dünyada koronavirusdan ölənlərin sayı - Son rəqəm

Dünyada koronavirusdan ölənlərin sayı - Son rəqəm

Dünya üzrə koronavirus infeksiyasından ölənlərin sayı 100 min nəfəri ötüb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb. COVİD-19 xəstəliyi ilə bağlı məxsusi statistika aparan universitetin aprelin 10-na olan məlumatına görə, koronavirusa 1 milyon 650 mindən çox insan yoluxub, 100 min 376 nəfər ölüb, 368 mindən artıq insan isə sağalıb.

Ən çox yolxma halı ABŞ-da qeydə alınıb: 470 min nəfər. Bu xəstəlikldən həyatını itirənlərin sayının 17 min 836 nəfərə çatdığı Birləşmiş Ştatlar indiyədək ən çox ölüm faktının qeydə alındığı İtaliyaya yaxınlaşır.

Mənbə: axar.az