Nyu York koronavirusla bağlı bütün ölkələri keçdi

Nyu York koronavirusla bağlı bütün ölkələri keçdi

ABŞ-ın Nyu York şəhərində yeni növ koronavirusa yoluxanların sayı 162 mini keçib.

Axar.az xəbər verir ki, son yoluxma sayına əsasən, Nyu York son zamanlar COVİD-19-un mərkəzi hesab olunan İspaniya, İtaliya və Almaniyanı da geridə qoyub.

Qeyd edək ki, son 24 saatda Nyu Yorkda 777 nəfər koronavirusdan dünyasını dəyişib. Ümumilikdə isə 7 min 844 nəfər bu virusdan ölüb.

Mənbə: axar.az