Şabranda ağır yol qəzası oldu, ölən və yaralananlar var

Şabranda ağır yol qəzası oldu, ölən və yaralananlar var

Şabranda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Yol qəzası nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, yaralılardan ikisinin vəziyyəti ağırdır.

Mənbə: report.az