Müşfiqabadda ağır qəza: ÖLƏN VAR - FOTO

Müşfiqabadda ağır qəza: ÖLƏN VAR -

Ötən gün saat 21:14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsi ərazisindən keçən 25-ci kilometrliyində Fərid İsmayılovun idarə etdiyi “Toyota Prius” markalı avomobil beton konstruksiyalı arakəsməyə çırpılıb.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sürücü hadisə yerində həyatını itirib.

İlkin məlumata əsasən qəzanın sürücünün səhhətində yaranan problemdən qaynaqlandığı ehtimal olunur.


Bizim.Media

Mənbə: bizim.media