Konqoda sərnişin təyyarəsini güllələdilər

Konqoda sərnişin təyyarəsini güllələdilər

Fransa vətəndaşlarını ölkəsinə qaytarmaq üçün Konqoya gələn “Air France” şirkətinə aid təyyarə Puent-Nuar şəhərinin hava limanında güllə atəşinə tuş gəlib.

“France Press” xəbər verir ki, 11 apreldə baş verən hadisə nəticəsində “Airbus A330” təyyarəsi zədələnib.

Atəş zamanı təyyarədə nə heyət, nə də sərnişin olmayıb. Qeyd etmək lazımdır ki, nəqliyyat vasitəsinin üzərində Kalaşnikov avtomatına aid güləllərinin izləri tapılıb.

Mənbə: www.oxu.az