Bütün dünyanı təsiri altına alan koronavirus səbəbi ilə bir çox ölkədə karantin vəziyyəti maksimum səviyyəyə çatdırılıb. Virusun mərkəzinə çevrilən ABŞ-da polis, avtobusa maskasız minməyə çalışan bir nəfəri zorla avtobusdan endirib.
Moderator.az xəbər verir ki, ABŞ-ın Pensilvaniya əyalətindəki Filadelfiya şəhərində avtobus sürücüsü avtobusa maskasız minən sərnişinə dəfələrlə xəbərdarlıq edib.
Adamı razı sala bilməyən sürücü çarəni polisə zəng vurmaqda görüb. Xəbərdarlıqlara məhəl qoymayan sərnişinə hadisə yerinə gələn polis müdaxilə edib və adama güc tətbiq etmək məcburiyyətində qalıb.
Qeydə alınan görüntülərdə polisin sərnişini zorla avtobusdan endirdiyi görülüb.
Kamran
Mənbə: moderator.az