Qasırğa ABŞ-da onlarla evi dağıtdı, ölənlər var - VİDEO

Qasırğa ABŞ-da onlarla evi dağıtdı, ölənlər var - VİDEO

Qasırğa ABŞ-ın Luiziana ştatına külli miqdarda zərər vurub.

Bu barədə “Report” CBS telekanalına istinadən xəbər verir.

İlkin məlumata görə, qasırğa onlarla evi dağıdıb, ağacları yıxıb. Güclü külək aeroporta qədər çatıb.

Qeyd edilir ki, təbii hadisə nəticəsində azı iyirmi evə, avtomobillərə zərər dəyib, elektrik xətləri qırılıb, ağaclar kökündən qoparaq, şəhərlərdən birinə gedən yolları kəsib. Qasırğa regional Monro aeroportuna qədər çatıb.

Monro şəhərinin meri Djeymi Mayonun sözlərinə görə, yaşayış məntəqəsinə “faciəli zərər vurulub”.

"Biz Monronun bir çox rayonlarında elektrik xətlərini kəsdik. Onlara toxunmayın", - mer bildirib. O, qeyd edib ki, artıq mütəxəssislər müxtəlif rayonlarda işləyirlər.

CNN telekanalı isə yerli hakimiyyət orqanlarına istinadən Missisipi ştatında 6 nəfərin öldüyünü xəbər verib.

Mənbə: report.az