Şənbə günü gecə Türkiyə polisi müxalifətə dəstək aksiyasının 343 iştirakçısını saxlayıb.
Yenisabah.az xəbər verir ki, İstanbul, Ankara və digər şəhərlərdə nümayişlər keçirilib. İştirakçılar İstanbulun həbsdə olan bələdiyyə sədri Əkrəm İmamoğlunu dəstəklədiklərini bildiriblər.
Türkiyədə etirazlar İmamoğlunun martın 19-da korrupsiyaya qarşı aparılan araşdırmalar çərçivəsində polis tərəfindən saxlanılmasından sonra başlayıb. Nümayişçilərin fikrincə, bu siyasətçi ilə bağlı bu və digər araşdırmalar siyasi motivlidir.
Prokurorluq həbsə haqq qazandıraraq bildirib ki, İmamoğlu və bir neçə iş adamı ilə bağlı qanunsuz maliyyələşmə halları aşkarlanıb.
İmamoğlu 2019-cu ildən İstanbulun bələdiyyə sədri vəzifəsində çalışır. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi hesab olunur.
Mənbə: yenisabah.az