İsrail ordusu Qəzzanın şimalındakı Beyt Hanun bölgəsində quru əməliyyatına başlayıb.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
“İsrail ordusu Qəzzanın şimalındakı Beyt Hanun bölgəsində əməliyyata başlayıb. Əməliyyat HƏMAS terrorçularının hədəflərinə hücum etmək məqsədi daşıyır”, - məlumatda qeyd olunub.
Məlumata görə, əməliyyat zamanı döyüş təyyarələri HƏMAS-ın bölgədəki bir neçə hədəfini vurub.
Qeyd edək ki, bir müddət öncə İsrail ordusu Qəzzanın Rəfah şəhərində quru əməliyyatına başlayacağını açıqlamışdı.
Mənbə: axar.az