İsrail HƏMAS siyasi büro üzvünün öldürüldüyünü təsdiqləyib

İsrail HƏMAS siyasi büro üzvünün öldürüldüyünü təsdiqləyib

İsrail qüvvələri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS radikal hərəkatının siyasi bürosunun üzvü Salah əl-Bərdavili öldürüb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti məlumat yayıb.

"İsrail ordusu və Ümumi Təhlikəsizlik Xidməti (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın planlaşdırma və inkişaf ofisinin rəhbəri terrorçu Salah əl-Bərdavili öldürüblər", - məlumatda bildirilir.

Bundan əvvəl "Al-Hadath" telekanalı əl-Bərdavilin Xan Yunis şəhərinin kənarında endirilən zərbə nəticəsində öldürüldüyünü bildirib.

Salah əl-Bərdavil Fələstin parlamentinin üzvü və eyni zamanda Xan Yunisdə HƏMAS hərəkatının rəsmi nümayəndəsi idi.

Mənbə: oxu.az