Gəncədə yeniyetmə "TikTok"a görə bıçaqlandı

Gəncədə yeniyetmə "TikTok"a görə bıçaqlandı

Gəncədə 17 yaşlı oğlan bıçaqlanıb.

Hadisə Əttarlar küçəsində baş verib. 2008-ci il təvəllüdlü T.Əsgərov sol sarğı nahiyyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetməyə yardım edilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, yeniyetmə "TikTok"da tanımadığı şəxslə mübahisə etdiyinə görə bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Mənbə: unikal.az