"Pəhləvan" gəmisindəki 18 Azərbaycan vətəndaşı artıq Azərbaycandadır

"Pəhləvan" gəmisindəki 18 Azərbaycan vətəndaşı artıq Azərbaycandadır

Novruz bayramında evinə dönən 18 Azərbaycan vətəndaşından biri xaçmazlıdır.

Eritreyada saxlanılan "Pəhləvan"gəmisindəki 18 Azərbaycan vətəndaşı artıq Azərbaycana gətirilib.

Keçən il sentyabrın 19-da Bakıdan Fars körfəzinə yola düşən gəmi noyabrın 7-də Eritreya sahillərində saxlanılmışdı. Gəmidə olan Azərbaycan vətəndaşları dövlət başçısının tapşırığına əsasən Vətənə gətirilib.

Xarici İşlər və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin ,həmçinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin birgə apardığı işlər sayəsində saxlanılan gəmi heyəti artıq Azərbaycandadır.

Gətirilən 18 Azərbaycan vətəndaşından biri də 37 yaşlı Xaçmaz sakini Saleh Vələdovdur.

Salehin ailə üzvləri 4 aydan sonra evə qayıtmasını çox sevinc hissilə qarşılayıblar və əməyi keçən bütün dövlət qurumunlarına, xüsusən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Aytəkin Alxaslı

Mənbə: bizim.media