Bakıda yaşayış binası yanır - Video

Bakıda yaşayış binası yanır - Video

Paytaxtın Xətai rayonu ərazisində - metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında yerləşən binada yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, binadan ətrafa güclü qara tüstü yayılır.

FHN Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, əraziyə yanğınsöndürmə briqadaları göndərilib: “Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək”.

Mənbə: qafqazinfo.az