Kaliforniyada baş verən zəlzələ zamanı San Dieqo Zoo Safari Parkında Afrika filləri sürüsü balalarını qorumaq üçün heyrətamiz bir instinkt nümayiş etdiriblər.
Publika.az- a istinadən xəbər verilir ki, hadisə yerindən çəkilmiş videogörüntülərdə heyvanların balalarını təhlükəsiz yerə toplayaraq təkanlara dərhal necə reaksiya verdikləri əks olunub.
Kadrlarda yeraltı təkanlar başlayanda yetkin dişi Ndlula, Umnqani və Xosinin dərhal, qoruyucu bir dairə yaradaraq, yeddi yaşlı Zuli və Mkanı əhatə etdikləri əksini tapıb.
Parkın məməlilər üzrə kuratoru Mindi Olbraytın izah edib ki, bu davranış "həyəcan dairəsi" kimi tanınır - fillərin potensial təhlükəyə təbii müdafiə reaksiyası.
"Onlar vəziyyəti qiymətləndirərək donurlar, böyüklər həmişə xarici qoruyucu halqaya çevrilir, gənclər isə mərkəzdə qalırlar", - mütəxəssis deyib.
Mənbə: axar.az