Gəncədə qadın dəm qazından ZƏHƏRLƏNDİ

Gəncədə qadın dəm qazından ZƏHƏRLƏNDİ

Gəncədə 26 yaşlı qadın dəm qazından zəhərlənib.

Hadisə şəhərin Nəriman Nərimanov prospektində yerləşən evlərinin birində baş verib. Şəhər sakini 1999-cu il təvəllüdlü Arzu Həmzəyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, qadının vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə, 26 yaşlı qadın yaşadığı evdə dəm qazından zəhərlənib.

Fakt araşdırılır.
Tural Əhmədov


Mənbə: unikal.az