Göygöldə iki avtomobilin toqquşması nəticəsində qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar var.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza rayon ərazisində baş verib.
Hərəkətdə olan “Hyundai” markalı minik avtomobili ilə mikroavtobus toqquşub.
Zərbənin təsirindən mikroavtobus yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Onların kimliyi müəyyənləşdirilir.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
Mənbə: bizim.media