“Venesiya”da zəhərlənənlərin sayı 36 nəfər imiş

“Venesiya”da zəhərlənənlərin sayı 36 nəfər imiş

"Venesiya" şadlıq sarayında zəhərlənmiş şəxslərin yeni sayı açıqlanıb.

Ümumən 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB məlumat yayıb.

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.

Mənbə: yenisabah.az